Sponsorlar

Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin strukturunu “Etilen-Polietilen”, “Səthi Aktiv Maddələr”, “Üzvi Sintez” və “Mexaniki Təmir” zavodu, Nəqliyyat və xüsusi texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Təmir-tikinti İdarəsi və “Kimyalayihə” İnstitutu təşkil edir.
“Azərikimiya” İstehsalat Birliyinin müəssisələrində 20-dən çox neft-kimya məhsulları, o cümlədən etilen, polietilen, texniki və saf izopropil spirti, ağır piroliz və epoksid qətranları, xlor, kaustik soda və başqa məhsullar istehsal olunur. Həmin məhsullar isə 30-dan artıq ölkəyə ixrac olunur. “Azərikimya” İstehsalat Birliyinin müəssələrində altı minə yaxın işçi çalışır.
“Azərikimya” İstehsalat Birliyi 2010-cu ildən “Sumqayıt” Futbol Klubunun baş sponsorudur.
Ünvan: Sumqayıt şəhəri, S.Vurğun 86, AZ5000
Faks: +994 18 6559817
www.socar.az/azch/

“Kapital Bank” ASC-nin səhmlərinin 99.84%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 80 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.
Bank 1997-ci il 16 iyul tarixindən SWIFT cəmiyyətinin, 31 oktyabr 2001-ci il tarixindən MasterCard Europe, 2003-cü il 19 fevral tarixindən VİSA İnternational beynəlxalq ödəniş sistemlərinin həqiqi üzvüdür. Kapital Bank Bakı Fond Birjasının və Bakı Banklararası Valyuta Birjasının (BBVB) təsisçisi və səhmdarlarından biridir. Dünya Əmanət Bankının və Azərbaycan Banklar Assosiasiyasının üzvüdür.
«Kapital Bank» ASC-nin Müşahidə Şurasının 10.06.2013-cü il tarixli qərarına əsasən Rövşən Şamil oğlu Allahverdiyev Kapital Bank ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Kapital Bank irimiqyaslı bank olaraq, Azərbaycan Respublikası ərazisində fərdi və korporativ müştərilərin tələblərini ödəmək məqsədilə fəaliyyət göstərir. Bu, bank xidmətlərinin çeşidliyində, onların yüksək keyfiyyət dərəcəsində öz əksini tapır. Bank real sektora sərmayə yatırmaq, regionların sosial-iqtisadi inkişafına dəstək vermək vasitəsilə milli iqtisadiyyatın yüksəlməsinə yardımçı olmaq vəzifəsini özünə şərəf bilir. Kapital Bank korporativ idarəetmə, şəffaflıq, risklər üzərində nəzarət və informasiya açıqlığı prinsiplərinə söykənir.
nformasiya texnologiyalarının ən yeni nailiyyətlərindən istifadə edir.
Tam adı "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti
Hüquqi ünvan Azərbaycan Respublikası, Bakı ş., AZ1014, Füzuli küç., 71
Telefon (+994 12) 493 66 30, 598 12 95
Faks (+994 12) 493 79 05
Web-site www.kapitalbank.az

Həyatın ölüm halından sığortası
Həyatın yaşam sığortası
Annuitet sığortası
Sağalmaz xəstəliklərdən sığorta
Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
Sığorta bazarında öz yerini möhkəmləndirmək məqsədilə PAŞA Həyat həmin məhsulların şərtlərinin müştərilər üçün daha sərfəli olması istiqamətində daimi iş aparır. Sığorta risklərinin təkrar sığortası sahəsində “PAŞA Həyat Sığorta” ASC aparıcı təkrar sığorta şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin “PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvüdür və "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq sertifikatına malikdir.
Ünvan: Nərimanov r-nu Mayakovski küçəsi 15 Bakı AZ1154, Azərbaycan
Tel : (+99412) 567 32 36
Fax : (+99412) 567 32 39
Mob : (+99450) 282 13 32 (+99455) 282 13 32
Web: www.pasha-life.az E-mail: [email protected]
"Gədəbəy Mineral Suları" MMC-nin məhsullarından olan “Slavyanka” Azərbaycanın ilk qazsız qablaşdırılmış mineral süfrə suyu markasıdır və 2004-cü ildən etibarən Gədəbəy dağlarındakı saf bulaqlardan toplanan sulardan əldə olunur. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.
Hazırda dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Gədəbəy dağlarındakı 12 bulaqdan fabrikə su daxil olur. Bulaqlardan gələn sular Gədəbəyin Zəhmət kəndindəki fabrikdə toplanır, mineral tərkibi qorunmaqla çox detallı təmizləmə prosedurlarından keçir, istehsal olunur və Azərbaycanın bütün regionlarına çatdırılır.
Ünvan: Bakı şəhəri, N. Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/61
Telefon: +994 12 567 79 66
Faks: +994 12 567 88 56
Mobil: +994 55 515 21 21
+994 55 414 21 21
*2121
E-mail: [email protected]
www.gedebeywater.com
