16/07/2020

Mehdi Cənnətov “Sumqayıt” FK ilə müqaviləni yeniləyib


2020/2021 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” Futbol Klubu ilk öncə qapıçı Mehdi Cənnətovla müqaviləni yeniləyib. Belə ki, Cənnətov növbəti mövsümdə də komandamızın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Mehdi Cənnətov 2017-ci ildən “Sumqayıt” FK-da çıxış edir. 28 yaşlı qapıçı bu müddətdə ümumilikdə 55 qarşılaşmada meydanda olub.