16/07/2020

“Sumqayıt” FK Elvin Bədəlovla müqaviləni yeniləyib


2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə müqavilə müddətini artırıb. Belə ki, Elvin Bədəlov növbəti mövsümdə də komandamızda çıxış edəcək.
Qeyd edək ki, 2019-cu ildə komandamıza qoşulan Elvin Bədəlov ümumilikdə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçimiz 1 məhsuldar ötürmə ilə də yadda qalıb.