17/07/2020

“Sumqayıt” FK Tellur Mütəllimovu heyətinə qatıb


2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK ilk futbolçu keçidini reallaşdırıb. Belə ki, son mövsümü “Zirə”də keçirmiş Tellur Mütəllimov komandamızla 1 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, Tellur Mütəllimov “Qəbələ” (24 oyun, 5 qol) və “Zirə” klublarının (63 oyun, 3 qol) şərəfini qoruyub. 25 yaşlı cinah oyunçusu Azərbaycanın U-21 (1 oyun) və A millilərinə də (1 oyun) dəvət alıb.