17/07/2020

Elvin Məmmədov “Sumqayıt” FK ilə müqavilə imzalayıb


“Sumqayıt” FK Tellur Mütəllimovun ardınca daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, son mövsümü “Zirə”də keçirmiş sabiq futbolçumuz Elvin Məmmədov “Sumqayıt” FK ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2018/19 mövsümündə “Sumqayıt” FK-da oynamış Elvin Məmmədov (15 oyun, 2 qol) “Zirə” (50 oyun 5 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.