29/07/2020

Cəmaləddin Xocaniyazov daha 2 il "Sumqayıt" FK-da!


2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK növbəti futbolçu ilə müqaviləni yeniləyib. Belə ki, müdafiəçimiz Cəmaləddin Xocaniyazov qarşıdakı 2 mövsümdə də komandamızın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Cəmaləddin geridə qalan 2019/2020 mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub. Müdafiəçimiz oynadığı matçlarda 1 məhsuldar ötürmə etməyi də bacarıb.