31/07/2020

“Sumqayıt” FK Vüqar Mustafayevlə müqavilə müddətini artırıb


2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçu ilə müqaviləni artırıb. Belə ki, yarımmüdafiəçimiz Vüqar Mustafayev daha 1 il komandamızın uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2019/2020 mövsümündən “Sumqayıt” FK-da çıxış edən Vüqar Mustafayev 15 oyunda ümumilikdə 1346 dəqiqə meydanda olub.