21/08/2020

"Sumqayıt" FK Premyer Liqanın ilk turunda "Keşlə" ilə qarşılaşıb


"Sumqayıt" - "Keşlə" 0:1
21 avqust 2020. saat 18:30. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Müslüm Əliyev
Dördüncü hakim: Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Murad Xaçayev, 2 (qeyri-idman hərəkəti); Eltun Turabov, 24 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 83 (hakimin qərarına etiraz) // Rəhman Hacıyev, 39 (hakimin qərarına etiraz); Vüsal İsgəndərli, 90+5 (qeyri-idman hərəkəti)
Qolla nəticələnməyən penalti: Rəhim Sadıxov, 26
Qol: Azər Salahlı, 90+4
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov (k)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
60. Elvin Məmmədov
(20. Rüfət Abdullazadə, 74)
7. Tellur Mütəllimov
33. Eltun Turabov
9. Əli Qurbani
17. Murad Xaçayev
(97. Xəyal Nəcəfov, 62)
18. Süleyman Əhmədov
(21. Adəm Həmati, 83)

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
4. Kərəm Sultanov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
8. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Keşlə”
1. Stanislav Namaşko
19. Azər Salahlı
17. Vüsal İsgəndərli
2. İlkin Qırtımov (k)
7. Rəhman Hacıyev
4. Şəhriyar Əliyev
(3. Tərlan Quliyev, 78)
21. Miyusko Boyoviç
42. Aleksandr Kristovao
(11. Silvio Rodriqes, 65)
22. Şahrux Qadoyev
(23. Artur Batista, 71)
48. Dmitro Klots
14. Turan Vəlizadə

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
8. Tural Axundov
99. Rafael Məhərrəmli
88. Seymur Əsədov
97. Xəzər Mahmudov

Baş məşqçi: Yunis Hüseynov

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start verilib. "Sumqayıt" FK ilk turda "Kapital Bank Arena"da "Keşlə" ilə qarşılaşıb. Komandamız 0:1 hesabı ilə məğlub olub.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Futbol üçün darıxmışdıq. Qalib də gələ bilərdik, amma sonda məğlub olduq. Bəlkə də, ədalətli nəticə bərabərlik idi. Bəzi futbolçuların gec qoşulmağı bizi bir az geriyə saldı. Vaxtımız azdır, qarşıdakı Avroliqa oyununa hazırlaşacağıq. Qarşıda bizi böyük işlər gözləyir. Komandada yeni futbolçular çoxdur. Səbrli olub, işimizi davam etdirəcəyik".