23/08/2020

“Sumqayıt” – “Şkendiya” qarşılaşmasının oyunöncəsi mətbuat konfransı keçiriləcək


UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Şkendiya” qarşılaşmasının oyunöncəsi mətbuat konfransı avqustun 26-da, “Kapital Bank Arena”da təşkil olunacaq. Belə ki, ilk öncə “Sumqayıt” FK-nın baş məşqçisi Ayxan Abbasov saat 17:40-da media mənsublarının suallarını cavablandıracaq. Saat 18:00-da komandamızın açıq məşqi (15 dəqiqə) keçiriləcək.
Saat 20:40-da isə “Şkendiya”nın baş məşqçisi Ernest Gyoka mətbuat nümayəndələrinin önünə çıxacaq. Şimali Makedoniya təmsilçisinin açıq məşqi (15 dəqiqə) saat 21:00-da keçiriləcək.