27/08/2020

"Sumqayıt" FK UEFA Avropa Liqasında mübarizəni dayandırıb


"Sumqayıt" - "Şkendiya" 0:2
UEFA Avropa Liqası, 1-ci təsnifat mərhələsi
27 avqust 2020. saat 20:00. "Kapital Bank Arena", tamaşaçısız
Baş hakim:
Arman İsmuratov (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Samat Tergeussizov (Qazaxıstan)
Dördüncü hakim: Jandos Abjan (Qazaxıstan)
Hakim-inspektor: Ferenc Zekeli (Macarıstan)
UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus)
Qollar: Besart İbraimi, 56 (p.); Lyupço Doriev, 89 (p.).
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

"Sumqayıt"
1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
5. Cəmaləddin Xocaniyazov
6. Vüqar Mustafayev
7. Tellur Mütəllimov
9. Əli Qurbani
10. Rəhim Sadıxov
14. Elvin Bədəlov
18. Süleyman Əhmədov
(21. Adəm Həmati, 62)
60. Elvin Məmmədov
(20. Rüfət Abdullazadə, 73)
97. Xəyal Nəcəfov
(8. Səbuhi Abdullazadə, 63)

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
4. Kərəm Sultanov
17. Murad Xaçayev
33. Eltun Turabov

Baş məşqçi: Ayxan Abbasov

"Şkendiya"
1. Kostadin Zahov
3. Antonio Paviç
4. Eqzon Beytulay (k)
7. Besart İbraimi
8. Ennur Totre
10. Valon Ahmedi
14. Lyupço Doriev
(34. Əbu Baker Es-Sahhal, 90+3)
16. Mevlan Murati
(24. Mecit Neziri, 90+5)
19. Bruno Dita
20. Yan Krivak
28. Omar İmeri
(17. Arbin Zeynulay, 77)

Ehtiyat oyunçular:
40. Bekim Recepi
15. Leard Sadriu
22. Ziya Merdjani
77. Florent Ramadani

Baş məşqçi: Ernest Qyoka

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunları keçirilib. "Sumqayıt" FK "Kapital Bank Arena"da Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşıb. Komandamız 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Əlbəttə, üzücü oldu. Rəqibin gücünü bilirdik. İlk yarıda qarşılarını alsaq da, ikinci hissədə penaltilərlə iki qol buraxdıq. Səviyyə göz önündədir, rəqib avrokubok təcrübəsi olan komandadır. Bu gün gənclərimizin avrokubok təcrübəsi qazandıqlarına sevinə bilərik. Artıq bu günü unudaraq, Azərbaycan Premyer Liqasına köklənməliyik".