05/09/2020

"Sumqayıt" FK yoxlama oyununda "Sabah" üzərində qələbə qazanıb


UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK bu gün yoxlama oyunu keçirib. Komandamız "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb. Ayxan Abbasovun yetirmələri 3:1 hesablı qələbə qazanıb. "Sumqayıt" FK-nın qollarını Əli Qurbani (2) və Murad Xaçayev rəqib qapısından keçirib.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Yaranmış fasilə bizim üçün çox faydalı oldu. Komandaya yeni qoşulanlar və formada olmayan futbolçularımız var idi. Ağır məşqlərdən sonra uşaqların meydandakı əzmkarlığı, çalışqanlığı məni qane etdi. Bu gün bizim bəzi oyunçularımız da milli komandaların heyətindədir. Fürsətdən istifadə edərək, gənc futbolçuların hazırlıq səviyyəsini də yoxladıq. Ümidvaram ki, turdan-tura daha da artıracağıq".