25/09/2020

"Sumqayıt" FK "Qarabağ"la heç-heçə edib


"Sumqayıt" - "Qarabağ" 2:2
25 sentyabr 2020. Saat 19:00. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim:
Kamal Umudlu
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Müslüm Əliyev
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Vüqar Mustafayev, 42 (qeyri-idman hərəkəti); Əli Qurbani, 90+5 (qeyri-idman hərəkəti) // İsmayıl İbrahimli, 65 (qeyri-idman hərəkəti)
Qollar: Əli Qurbani, 52; Camaləddin Xocaniyazov, 54 // Ovusu Kvabena, 58; Filip Ozobiç, 90+5
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
(22. Cavid İmamverdiyev, 74)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
(4. Kərəm Sultanov, 89)
7. Tellur Mütəllimov
5. Camaləddin Xocaniyazov
9. Əli Qurbani
17. Murad Xaçayev
(8. Səbuhi Abdullazadə, 65)
18. Süleyman Əhmədov

Ehtiyat oyunçular:
71. Hüseynəli Quliyev
21. Adəm Həmati
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
20. Rüfət Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”
1. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
55. Bədavi Hüseynov (k)
30. Abbas Hüseynov
(5. Maksim Medvedev, 68)
19. Filip Ozobiç
7. Kvabena Ovusu
8. Uroş Matiç
(18. İsmayıl İbrahimli, 60)
77. Donald Qerye
81. Kevin Medina
6. Patrik Andrade
44. Elvin Cəfərquliyev
(22. Musa Qurbanlı, 60)

Ehtiyat oyunçular:
12. Emil Balayev
27. Toral Bayramov
66. Cavid Bayramov
24. Nihad Tamazov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Qarabağ"la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, Ayxan Abbasovun yetirmələri 5-ci turda "Qəbələ"nin qonağı olacaq. 3 oktyabr tarixində Qəbələ şəhər stadionunda keçiriləcək matçın start fiti saat 17:00-da səslənəcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk öncə əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadıq, son anda qol buraxmağımız bizi üzdü. Bizi sevindirən çox məqam var. Aydın Bayramovun çıxışını xüsusi vurğulayardım. O, əsas heyətə layiqdir".