02/10/2020

"Sumqayıt" FK-nın 5 futbolçusu A millidə!


UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqro, oktyabrın 13-də isə Bakıda Kipr milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Sumqayıt” FK-nın beş futbolçusu – Aydın Bayramov, Vüqar Mustafayev, Əli Qurbani, Rəhim Sadıxov və Elvin Bədəlov yuxarıda qeyd olunmuş oyunlar üçün millinin heyətinə dəvət alıb.