02/10/2020

3 futbolçumuz U-21 milliyə dəvət alıb


Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın 3 futbolçusu Süleyman Əhmədov, Rüfət Abdullazadə və Səbuhi Abdullazadə yuxarıda qeyd olunmuş oyunlar üçün millinin heyətinə dəvət alıb.