03/10/2020

"Sumqayıt" FK "Qəbələ" ilə heç-heçə edib


"Qəbələ" - "Sumqayıt" 1:1
3 oktyabr 2020. Saat 14:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim:
Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Merab Qiqauri, 49 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 68 (qeyri-idman hərəkəti); Ceyms Adeniyi, 76 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 81 (qeyri-idman hərəkəti); Stefan Vukçeviç, 85 (qeyri-idman hərəkəti) // Vüqar Mustafayev, 71 (oyun qaydalarının sistematik şəkildə pozulması)
Qollar: Rafael Utriq, 44 // Əli Qurbani, 26
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

“Qəbələ”
1. Anar Nəzirov (k)
8. Qismət Alıyev
11. Asif Məmmədov
(99. Ceyms Adeniyi, 63)
28. Murad Musayev
77. Merab Qiqauri
32. Nikolas Raysel
26. Stefan Vukçeviç
2. Vinko Medimoreç
23. Rafael Utriq
(14. Cavid Hüseynov, 79)
10. Rövlan Muradov
55. İdris İnqilablı

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
74. Yusif Nəbiyev
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
22. Rodriqo Qattas
13. Yurgen Qoxa
71. Rüfət Əhmədov

Baş məşqçi: Elmar Baxşıyev

“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
(20. Rüfət Abdullazadə, 66)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
7. Tellur Mütəllimov
5. Camaləddin Xocaniyazov
9. Əli Qurbani
(22. Cavid İmamverdiyev, 38)
17. Murad Xaçayev
18. Süleyman Əhmədov
(21. Adəm Həmati, 85)

Ehtiyat oyunçular:
71. Hüseynəli Quliyev
60. Elvin Məmmədov
33. Eltun Turabov
4. Kərəm Sultanov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
15. Hüseyn Cəfərov
8. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Qəbələ" ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu günlərdə hər birimizin fikri cəbhədə, əsgərlərimizin yanındadır. Allahdan şəhidlərimizə rəhmət, igid oğullarımıza isə qələbə üçün güc, qüvvət diləyirəm. Oyuna gəldikdə qeyd edə bilərəm ki, qarşılaşmanın günorta saatlarına keçirilməsi iki tərəfə də fasilədən sonra çətinlik yaratdı. Hər iki komanda qalib gələ bilərdi. Arzuolunmaz zədəylə üzləşdik. Bütün hallarda meydanda olmuş hər bir futbolçuma təşəkkür etdim. Biz bura 1 xal arxasınca gəlməmişdik. Qalib gəlmək istəyirdik. Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik. Qalib gələ bilmədikdə, uduzmamağa cəhd etməli idik ki, buna da nail olduq".