10/10/2020

"Sumqayıt" FK yoxlama oyununda "Qəbələ" üzərində qələbə qazanıb


Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK yoxlama oyunu keçirib. Komandamız Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Qəbələ" ilə qarşılaşıb. Ayxan Abbasovun yetirmələri Cəmaləddin Xocaniyazov və Cavid İmamverdiyevin qolları ilə 2:1 hesablı qələbə qazanıb.