15/10/2020

"Sumqayıt" FK "Zirə" ilə oyunun hazırlıqlarını davam etdirir


Premyer Liqanın 6-cı turunda "Zirə"ni qəbul edəcək olan "Sumqayıt" FK oyun üçün hazırlıqlarını davam etdirir. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Milli komandaların düşərgəsində olan futbolçular artıq kollektivə qoşulub.
1,5 saat davam edən məşqdə əvvəlcə fiziki gücün artırılması üzrə hərəkətlər, daha sonra isə müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" qarşılaşması 18 oktyabr, saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.