16/10/2020

"Sumqayıt-2" səfərdə "Keşlə-2" ilə qarşılaşıb


I Divizionda 2-ci turun oyunları keçirilib. "Sumqayıt" FK-nın əvəzediciləri səfərdə "Keşlə-2" ilə qarşılaşıb. Komandamız 2:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Sumqayıt-2" 3-cü turda "Kəpəz"i qəbul edəcək. 21 oktyabr tarixində "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək qarşılaşma saat 13:00-da start götürəcək.

I Divizion, II tur
"Keşlə-2" - "Sumqayıt-2" 4:2
Qollar:
Mehdi Tahirov, 25; Elmir Rəhimzadə, 28, 30, 49 - Mehman Məsimov, 63; Murad Rəhimli, 73.