01/11/2020

"Sumqayıt" FK "Neftçi" ilə heç-heçə edib


"Sumqayıt" - "Neftçi" 0:0
1 noyabr 2020. Saat 14:00. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim:
Rauf Cabarov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sarı vərəqələr: Adəm Həmati, 52 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 74 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Qolla nəticələnməyən penalti: Elvin Məmmədov, 84
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
(60. Elvin Məmmədov, 73)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
7. Tellur Mütəllimov
22. Cavid İmamverdiyev
(20. Rüfət Abdullazadə, 61)
5. Camaləddin Xocaniyazov
21. Adəm Həmati
17. Murad Xaçayev
(4. Kərəm Sultanov, 86)

Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
71. Hüseynəli Quliyev
33. Eltun Turabov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
8. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Neftçi”
30. Aqil Məmmədov (k)
7. Namiq Ələsgərov
(22. Mirabdulla Abbasov, 85)
36. Mamadu Kane
6. Voyislav Stankoviç
91. Tallison Diaz
29. Sabir Buqrin
(10. Saman Nərimancahan, 79)
17. Bruno Teluşi
24. Yusuf Laval
5. Anton Krivotsyuk
26. Ömər Buludov
(19. Fəhmin Muradbəyli, 74)
20. Mert Çelik

Ehtiyat oyunçular:
12. Kamran İbrahimov
8. Emin Mahmudov
3. Mamadu Mbodj
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
40. Vüqar Həsənov
45. Əli Mürsəlov
37. Vüsal Əsgərov

Baş məşqçi: Füzuli Məmmədov

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Kapital Bank Arena"da "Neftçi" ilə qarşılaşıb. 90 dəqiqənin tamamında matçda hesab açılmayıb (0:0).
Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Səbail"in qonağı olacaq. 7 noyabr tarixində "ASCO Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 16:00-da veriləcək.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Son iki oyunda formada olan komandaya qarşı oynayırdıq. Sevinirəm ki, rəqiblər bizimlə oyunlarda sistemlərini dəyişirlər. İtkilərimiz var, əlimizdəki futbolçulara uyğun oyun qururuq. Hücumda kəsərli olmağa rəqib imkan vermədi. Ədalətli nəticə heç-heçə idi. Penaltini vura bilməmək üzücü oldu. Zədəlilərin sağalmasını gözləyərək, hazırlıqlara davam edəcəyik".