07/11/2020

"Sumqayıt" FK "Səbail"lə qarşılaşıb


"Səbail" - "Sumqayıt" 2:1
7 noyabr 2020. Saat 16:00. “ASCO Arena”, tamaşaçısız
Baş hakim:
Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Müslüm Əliyev
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Peyman Keşavarzi, 65 (qeyri-idman hərəkəti); Adil Nağıyev, 77 (qeyri-idman hərəkəti); Turan Manafov, 82 (qeyri-idman hərəkəti) // Adəm Həmati, 8 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 44 (qeyri-idman hərəkəti); Camaləddin Xocaniyazov, 50 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 90+3 (qeyri-idman hərəkəti); Elvin Məmmədov, 90+6 (qeyri-idman hərəkəti)
Qollar: Rauf Əliyev, 42; Adil Nağıyev, 77 // Rəhim Sadıxov, 84 (p.)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.

“Səbail”
96. Nikolas Hagen
5. Vüqar Bəybalayev
(17. Elçin Rəhimli, 78)
14. Rahid Əmirquliyev (k)
34. Urfan Abbasov
55. Adil Nağıyev
11. Rauf Əliyev
22. Əfran İsmayılov
(20. Ruslan Hacıyev, 82)
27. Hendrik Ekşteyn
(2. Arsen Ağcabəyov, 86)
16. Peyman Keşavarzi
9. Florian Kadriu
3. Turan Manafov

Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
7. Mirsahib Abbasov
28. Məqsəd İsayev
29. Amil Yunanov
99. Bahadur Həziyev
77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
(22. Cavid İmamverdiyev, 75)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
7. Tellur Mütəllimov
5. Camaləddin Xocaniyazov
21. Adəm Həmati
(4. Kərəm Sultanov, 81)
17. Murad Xaçayev
20. Rüfət Abdullazadə
(60. Elvin Məmmədov, 46)

Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
71. Hüseynəli Quliyev
33. Eltun Turabov
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
29. Sərvin İsmayılov

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Səbail"lə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyunun çətin keçəcəyini bilirdik. Rəqib 4 oyundur ki, məğlub olmurdu. "Səbail"i analiz edəndə görmək olur ki, müdafiə planında komanda şəklində ən yaxşı çıxış edən kollektivlərdən biridir. Aftandil müəllimi təbrik edirəm. Bu gün məğlub olmaq istəmirdik. Axıra qədər oynadıq. Qol epizodları oldu, amma yararlana bilmədik. Futbolçularıma təşəkkür edirəm ki, sonadək oyundan qopmadılar. Yığmanın görüşlərindən sonra çempionatda vacib oyunlar olacaq. Dövrəni yaxşı nəticə ilə yekunlaşdıracağımıza inanıram".