14/11/2020

"Sumqayıt" FK yoxlama oyununda "Səbail"lə qarşılaşıb


UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK yoxlama oyunu keçirib. Komandamız Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Səbail"lə qarşılaşıb. Qarşılaşma 0:2 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb.