20/11/2020

Rüfət Abdullazadə təcrübə məqsədilə "Fatih Karagümrük" klubunun düşərgəsində olub


"Sumqayıt" FK-nın yarımmüdafiəçisi Rüfət Abdullazadə təcrübə məqsədi ilə 1 həftə müddətində qardaş Türkiyənin Superliqa təmsilçisi "Fatih Karagümrük" klubunun düşərgəsində olub. Bildirək ki, "Sumqayıt" FK gənc futbolçuların xarici klublarda təcrübə toplaması ilə bağlı bu tip layihələri davam etdirməkdədir.
Xatırladaq ki, bir müddət əvvəl daha bir futbolçumuz - Səbuhi Abdullazadə də ötən il eyni məqsədlə Xorvatiyanın "Osiyek" klubunun düşərgəsinə yollanmışdı.