21/11/2020

"Sumqayıt" FK səfərdə "Qarabağ"la qarşılaşıb


"Qarabağ" - "Sumqayıt" 6:1
21 noyabr 2020. Saat 16:00. “Azersun Arena”, tamaşaçısız
Baş hakim:
İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Rahil Ramazanov
Dördüncü hakim: Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Xəyal Nəcəfov, 33 (qeyri-idman hərəkəti); Camaladdin Xocaniyazov, 35 (hakimin qərarına etiraz); Vüqar Mustafayev, 40 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 64 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 70 (hakimin qərarına etiraz)
Qollar: Donald Qerye, 28, 45+1; Abdullah Zubir, 34, 89; Toral Bayramov, 54; Mahir Emreli, 75 // Tellur Mütəllimov, 87
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 2 dəq.

“Qarabağ”
1. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev (k)
10. Abdullah Zubir
19. Filip Ozobiç
(9. Xayme Romero, 70)
7. Kvabena Ovusu
(22. Musa Qurbanlı, 78)
8. Uroş Matiç
77. Donald Qerye
81. Kevin Medina
18. İsmayıl İbrahimli
44. Elvin Cəfərquliyev
27. Toral Bayramov
(11. Mahir Emreli, 61)

Ehtiyat oyunçular:
12. Emil Balayev
94. Ayhan Arazlı
66. Cavid Bayramov
21. Rauf Hüseynli
29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov (k)
(21. Adəm Həmati, 36)
97. Xəyal Nəcəfov
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
7. Tellur Mütəllimov
33. Eltun Turabov
5. Camaləddin Xocaniyazov
(8. Səbuhi Abdullazadə, 53)
4. Kərəm Sultanov
(60. Elvin Məmmədov, 46)
17. Murad Xaçayev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
22. Cavid İmamverdiyev
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
20. Rüfət Abdullazadə
35. Eldost Qiyasbəyli
29. Sərvin İsmayılov

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Qarabağ" FK ilə qarşılaşıb. Komandamız 1:6 hesabı ilə məğlub olub.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk növbədə "Qarabağ"ı Ağdamın azad olunması münasibətilə təbrik edirəm. Millidən qayıdan oyunçularımız vardı, bəziləri çox yorulmuşdu. Heyətimiz geniş olsaydı, onlara istirahət vermək olardı. "Qarabağ" buraxılan səhvləri bağışlamamağa görə çempionatda digər komandalardan fərqlənir. İlk 15-20 dəqiqə pis təsir bağışlamadıq, taktiki düz oynayırdıq. Belə məğlubiyyət istəməzdik, ancaq təslim olmaq da olmaz. Zədəlilərimiz də çoxalır. Qışadək maksimum xal toplamalıyıq. Bu məğlubiyyəti unudub, "Qəbələ"ylə matça hazırlaşacağıq".