20/12/2020

"Sumqayıt" FK səfərdə "Zirə" ilə heç-heçə edib


"Zirə" - "Sumqayıt" 2:2
20 dekabr 2020. Saat 16:00. Zirə İdman Kompleksinin stadionu, tamaşaçısız
Baş hakim:
Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Eyyub İbrahimov
Dördüncü hakim: Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Hacıağa Hacılı, 63 (qeyri-idman hərəkəti) // Elvin Bədəlov, 5 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 55 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 89 (hakimin qərarına etiraz)
Qollar: Ağabala Ramazanov, 56; Qismət Alıyev, 62 // Murad Xaçayev, 11; Rəhim Sadıxov, 57
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 2 dəq.

“Zirə”
1. Mateus Albino
8. İlkin Muradov
(91. Ruslan Qurbanov, 46)
10. Ağabala Ramazanov (k)
2. Sərtan Taşkın
32. Qismət Alıyev
30. Riçard Almeyda
9. Davit Volkov
11. Klesio Bauk
12. Lazar Corceviç
44. Dmitrios Çantakias
7. Tural Bayramlı
(21. Hacıağa Hacılı, 46)

Ehtiyat oyunçular:
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
3. Ali Sisey
20. Əli Şirinov
77. Cəlal Hüseynov
27. Tamerlan Burcəliyev
6. Ayxan Süleymanlı

Baş məşqçi: Rəşad Sadıqov

“Sumqayıt”
13. Aydın Bayramov
97. Xəyal Nəcəfov
(20. Rüfət Abdullazadə, 90)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
(8. Səbuhi Abdullazadə, 62)
60. Elvin Məmmədov (k)
(9. Əli Qurbani, 74)
7. Tellur Mütəllimov
5. Camaləddin Xocaniyazov
4. Kərəm Sultanov
21. Adəm Həmati
17. Murad Xaçayev

Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
37. Nicat Əliyev
29. Sərvin İsmayılov

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Zirə" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın 13-cü turunda "Sabah"ı qəbul edəcək. 24 dekabr tarixində "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 16:00-da veriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bizi çətin oyun gözlədiyinin fərqində idik. Komanda ağır xəstəlikdən qurtulub. Hesabdan asılı olmayaraq, onlara təşəkkür edəcəkdim. Bütün komanda meydanda xarakter nümayiş etdirdi. Oyundan bir gün öncə futbolçularımın çətin olsa da, oynamaq istədiklərini bildirməsi məni çox sevindirdi. Bütün komandamla fəxr edirəm. “Zirə”nin də gücünə bələd idik. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Ona da uğurlar arzu edirəm. İnşallah “Sabah”la oyundan sonra da qış fasiləsi üçün toparlanacağıq".