24/12/2020

"Sumqayıt" FK "Sabah"la qarşılaşıb


"Sumqayıt" - "Sabah" 1:2
24 dekabr 2020. Saat 16:00. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim:
İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Rahil Ramazanov
Dördüncü hakim: Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Vüqar Mustafayev, 39 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 59 (hakimin qərarına etiraz); Aydın Bayramov, 64 (qeyri-idman hərəkəti) // Filip İvanoviç, 69 (qeyri-idman hərəkəti); Amadu Diallo, 75 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Xəyal Nəcəfov, 31 // Slavik Alxasov, 26; Aleksey İsayev, 65 (p.)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
(20. Rüfət Abdullazadə, 51)
60. Elvin Məmmədov
(9. Əli Qurbani, 74)
7. Tellur Mütəllimov
33. Eltun Turabov
21. Adəm Həmati
(37. Nicat Əliyev, 88)
8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular:
71. Hüseynəli Quliyev
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev

Məşqçi: Elnur Çodarov

“Sabah”
12. Alvaro Villete
7. Coşqun Diniyev (k)
14. Slavik Alxasov
46. Aleksey İsayev
13. Filip İvanoviç
23. Amadu Diallo
(10. Yevgeni Koçuk, 84)
28. Kevin Kubemba
11. Ozan Can Kökcü
(17. Məhəmməd Mirzəbəyov, 80)
2. Amin Seydiyev
6. Şakir Seyidov
77. Veysəl Rzayev

Ehtiyat oyunçular:
98. Yusif İmanov
8. Elşən Abdullayev
19. Təmkin Xəlilzadə
20. Elçin Mustafayev
29. Ceyhun Nuriyev

Baş məşqçi: Visente Qomez

Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçirilib. "Sumqayıt" FK 2020-ci ilin son oyununda "Kapital Bank Arena"da "Sabah"ı qəbul edib. Komandamız 1:2 hesabı ilə məğlub olub.

Elnur Çodarov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, ili qələbə ilə başa vuraq. Nəticənin yaxşı olmamasına bir az da hava şəraiti təsir etdi. Buna baxmayaraq, komanda meydanda son dəqiqəyə qədər mübarizə apardı. Futbolçularımıza təşəkkür edirəm".