01/02/2021

"Sumqayıt" FK 1/4 finalın ilk oyununda "Səbail"ə məğlub


Azərbaycan Kuboku, 1/4 final (ilk oyun)
"Sumqayıt" - "Səbail" 0:1
1 fevral 2021. Saat 16:00. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim:
Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Müslüm Əliyev
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Camaləddin Xocaniyazov, 17 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 23 (qeyri-idman hərəkəti) // Ədilxan Qarəhmədov, 8 (qeyri-idman hərəkəti); Luka İmnadze, 45+2 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 89 (hakimin qərarına etiraz)
Qol: Amil Yunanov, 12
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
97. Xəyal Nəcəfov
(11. Mehdi Şərifi, 74)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev (k)
7. Tellur Mütəllimov
(20. Rüfət Abdullazadə, 82)
22. Cavid İmamverdiyev
(10. Rəhim Sadıxov, 46)
78. Dmitro Nağıyev
5. Camaləddin Xocaniyazov
9. Əli Qurbani
4. Höccət Haqverdi
17. Murad Xaçayev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
60. Elvin Məmmədov
33. Eltun Turabov
8. Səbuhi Abdullazadə
37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Səbail”
1. Kamran Ağayev
14. Rahid Əmirquliyev (k)
34. Urfan Abbasov
55. Adil Nağıyev
29. Amil Yunanov
27. Hendrik Ekşteyn
(23. Milovan Petrovik, 88)
16. Peyman Keşavarzi
19. Luka İmnadze
(28. Məqsəd İsayev, 82)
20. Ruslan Hacıyev
(9. Florian Kadriu, 62)
3. Turan Manafov
77. Ədilxan Qarəhmədov

Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
7. Mirsahib Abbasov
11. Rauf Əliyev
22. Əfran İsmayılov
4. Ali Sisey

Baş məşqçi: Aftandil Hacıyev

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. "Sumqayıt" FK "Kapital Bank Arena"da "Səbail"i qəbul edib. Komandamız 0:1 hesabı ilə məğlub olub. Qeyd edək ki, cütün cavab qarşılaşması 6 fevral, saat 18:00-da "ASCO Arena"da keçiriləcək.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda qələbə qazanmağı çox istəyirdik. Əsas məqsədlərimizdən biri də qapımızı toxunulmaz saxlamaq idi, təəssüf ki, bunu bacarmadıq. Birinci hissədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Fasilədən sonra daha yaxşı oynasaq da, qol imkanlarını boşa verdik. Hazırda ən böyük çatışmazlığımız da məhz qol imkanlarından yararlana bilməməkdir. Tez bir zamanda bu problemi aradan qaldırmağa çalışacağıq. Artıq bugünki oyunu unudub, cavab qarşılaşmasına hazırlaşacağıq. Turu keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik”.