12/02/2021

Akademiyamızın yetirməsi Sənan Ağayevlə peşəkar müqavilə imzalanıb


“Sumqayıt” Futbol Klubu akademiyamızın yetirməsi, 2004-cü il təvəllüdlü Sənan Ağayevlə peşəkar müqavilə imzalayıb. 16 yaşlı yetirməmizlə imzalanan anlaşmanın müddəti 3 illikdir.
Qeyd edək ki, “Sumqayıt” FK Sənandan öncə akademiyamızın daha 5 futbolçusu – Sərvin İsmayılov, Rüstəm Hümbətov, Tural Axverdiyev, Nihad Ağayev və Dünyamalı Sevdimalıyevlə də peşəkar müqavilə imzalayıb.