19/02/2021

"Sumqayıt" FK-nın 3 futbolçusu U-17 milliyə dəvət alıb


Fevralın 20-dən martın 2-dək Tovuz Futbol Akademiyasında təlim-məşq toplanışı keçirəcək olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın 3 futbolçusu - Xəyal Fərzullayev, Anar Əhmədzadə və Sənan Hüseynov yuxarıda qeyd olunan toplanışda iştirak etmək üçün yığmaya dəvət alıb.