19/02/2021

"Sumqayıt" FK "Qarabağ"la heç-heçə edib


"Sumqayıt" - "Qarabağ" 0:0
19 fevral 2021. Saat 18:00. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim:
Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rahil Ramazanov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Eltun Turabov, 84 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 90+6 (oyunun bərpasının ləngidilməsi) // Mahir Emreli, 44 (hakimin qərarına etiraz)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
97. Xəyal Nəcəfov
(22. Cavid İmamverdiyev, 90)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev (k)
10. Rəhim Sadıxov
(11. Mehdi Şərifi, 80)
78. Dmitro Nağıyev
5. Camaləddin Xocaniyazov
9. Əli Qurbani
4. Höccət Haqverdi
(33. Eltun Turabov, 71)
17. Murad Xaçayev
18. Süleyman Əhmədov

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
60. Elvin Məmmədov
30. Nəbi Məmmədov
20. Rüfət Abdullazadə
8. Səbuhi Abdullazadə
65. Sənan Ağayev
37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”
1. Şahruddin Məhəmmədəliyev
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
55. Bədavi Hüseynov
11. Mahir Emreli
30. Abbas Hüseynov
10. Abdullah Zubir
9. Xayme Romero
6. Patrik Andrade
(19. Filip Ozobiç, 78)
18. İsmayıl İbrahimli
44. Elvin Cəfərquliyev
(27. Toral Bayramov, 83)

Ehtiyat oyunçular:
12. Emil Balayev
94. Ayhan Arazlı
8. Uroş Matiç
66. Cavid Bayramov
39. Zaur Fərzəliyev
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
83. Nihad Quliyev

Baş məşqçi: Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib. "Sumqayıt" FK bu gün "Kapital Bank Arena"da "Qarabağ"ı qəbul edib. Qarşılaşmada hesab açılmayıb (0:0).
Qeyd edək ki, "Sumqayıt" FK 17-ci turda səfərdə "Qəbələ" ilə qarşılaşacaq. 25 fevral tarixində Qəbələ Şəhər stadionunda keçiriləcək matç Peşəkar Futbol Liqasının rəsmi saytı (pfl.az) ilə canlı yayımlanacaq.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Gözlədiyimiz kimi çətin oyun oldu. Deyə bilərəm ki, bu gün iki fərqli hissə izlədik. İlk dəqiqələrdən rəqibin təzyiqini, qol vurmaq istəyəcəyini bilirdik. Müdafiə xəttimiz və qapıçımız inamlı oyunla yadda qaldılar. Bəlkə hücum xəttində bir az da aktivliyimiz olsa idi, qol epizodları yarada və fərqlənə də bilərdik. Bu gün qazandığımız bir xal bizim üçün çox önəmlidir. Futbolçularıma təşəkkür edirəm. “Qarabağ”a isə uğurlar arzu edirəm".