16/04/2021

"Sumqayıt" FK "Qəbələ" üzərində qələbə qazanıb


"Sumqayıt" - "Qəbələ" 2:0
16 aprel 2021. Saat 20:15. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim:
Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Nahid Əliyev
Dördüncü hakim: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Tellur Mütəllimov, 45+3 (hakimin qərarına etiraz); Vurğun Hüseynov, 49 (qeyri-idman hərəkəti); Əli Qurbani, 59 (qeyri-idman hərəkəti) // Kamal Mirzəyev, 46 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 54 (qeyri-idman hərəkəti); Murad Musayev, 63 (qeyri-idman hərəkəti)
Qollar: Rəhim Sadıxov, 66; Əli Qurbani, 75
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
97. Xəyal Nəcəfov
(20. Rüfət Abdullazadə, 71)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev (k)
10. Rəhim Sadıxov
60. Elvin Məmmədov
7. Tellur Mütəllimov
5. Camaləddin Xocaniyazov
(3. Vurğun Hüseynov, 9)
9. Əli Qurbani
(11. Mehdi Şərifi, 78)
4. Höccət Haqverdi
18. Süleyman Əhmədov

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
33. Eltun Turabov
22. Cavid İmamverdiyev
78. Dmitro Nağıyev
21. Cabir Əmirli
17. Murad Xaçayev
30. Nəbi Məmmədov
8. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(70. Ülvi İsgəndərov, 40)
28. Murad Musayev
6. Kamal Mirzəyev
32. Nikolas Raysel
(74. Yusif Nəbiyev, 74)
13. Yurgen Qoxa
(9. Ehtiram Şahverdiyev, 71)
26. Stefan Vukçeviç
2. Vinko Medimoreç
23. Rafael Utriq
10. Rövlan Muradov
71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
14. Cavid Hüseynov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
27. Mehrac Baxşalı

Baş məşqçi: Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Qəbələ"ni qəbul edib. Ayxan Abbasovun yetirmələri 2:0 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"nin qonağı olacaq. Qarşılaşma aprelin 25-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. 

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Önəmli qələbə qazandıq. Əsl komanda məğlubiyyətdən sonra toparlanmağı bacarmalıdır. Bizim üçün kritik matç idi. “Qəbələ” fərqi azalda bilərdi. Futbolçularımdan razı qaldım. Qalıb bir qolla da müəyyən ola bilərdi. İlk yarıda hər iki komanda ehtiyatlı oynadı. Fasilədən sonra təşəbbüsə yiyələndik. Qələbə münasibəti ilə bütün sumqayıtlıları təbrik edirəm".