10/05/2021

19 yaşlılarımız "Gənclər Kuboku"na qələbə ilə başladı


AFFA-nın təşkilatçılığı ilə keçirilən "Gənclər Kuboku"nda birinci mərhələnin ilk oyunları keçirilib. "Sumqayıt" FK-nın 19 yaşlılardan ibarət komandası bu gün "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Neftçi" İK ilə qarşılaşıb. Hakan Sünalın rəhbərlik etdiyi komanda rəqibini 3:2 hesabı ilə məğlub edib. Komandamızın qollarını Qadir Abdullazadə, Yusif Rufullazadə və Əjdər Hacılı rəqib qapısından keçirib.
Qeyd edək ki, 1/4 final mərhələsində "Qarabağ"la qarşılaşacaq cütün cavab oyunu 13 may, saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.