11/05/2021

"Sumqayıt" FK-nın 5 futbolçusu U-16 milliyə dəvət alıb


Mayın 11-dən 18-dək Bakıda təlim-məşq toplanışı keçirəcək olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın 5 futbolçusu - Həmzə Zamanov, Sənan Muradlı, Nihad Əhmədzadə, Namiq Məmmədzadə və İsmayıl Əliyev yuxarıda qeyd olunan toplanış üçün milli komandaya dəvət alıb.