20/05/2021

Bürünc medal 300-cü matç və 80-ci qələbə ilə gəldi


Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Səbail" - "Sumqayıt" qarşılaşması komandamız üçün əlamətdar olub. Belə ki, son turda rəqibini 1:0 məğlub edən Ayxan Abbasovun yetirmələri Premyer Liqada 300-cü oyununu keçirib. Bu qələbə həm də üç xalın qazanıldığı 80-ci matç olub. 2011-ci ildən yüksək dəstədə çıxış edən "Sumqayıt" FK eyni sayda heç-heçə edib və 140 dəfə məğlub olub.
Komandamıza bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazandıran oyun həm də səfərdə 150-ci matç olub. Bunların 29-da üç, 41-də bir xal qazanan "Sumqayıt" FK 80 dəfə rəqib meydanından məğlub ayrılıb. (pfl.az)