21/05/2021

"Sumqayıt" FK-nın 8 futbolçusu "A" millidə!


Mayın 27-də Türkiyə, iyunun 2-si və 6-da isə müvafiq olaraq Belarus və Moldova milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın 8 futbolçusu - Mehdi Cənnətov, Aydın Bayramov, Höccət Haqverdi, Elvin Bədəlov, Rəhim Sadıxov, Vüqar Mustafayev, Murad Xaçayev və Əli Qurbani yuxarıda qeyd olunan oyunlarda iştirak etmək üçün "A" milli komandaya dəvət alıb.