10/06/2021

Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb


“Sumqayıt” FK kapitan Vurğun Hüseynovun ardınca daha bir futbolçu ilə müqavilə yeniləyib. Belə ki, yarımmüdafiəçi Murad Xaçayev daha 2 il komandamızın uğurları üçün çalışacaq.
Qeyd edək ki, 2018-ci ildən komandamızın şərəfini qoruyan Murad Xaçayev “Sumqayıt” FK-nın heyətində ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub. O, 4 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub. 23 yaşlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-19, U-21 və “A” milli komandalarında da çıxış edib.