07/07/2021

"Yay Futbol Düşərgəsi" layihəsində 2-ci mərhələ yekunlaşıb


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB-nin dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci mərhələsi də başa çatıb. Bu gün "Kapital Bank Arena"nın konfrans zalında "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci mərhələsinin yekunu ilə bağlı təbdir baş tutub. Tədbirdə “Sumqayıt” FK-nın Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranı Telman Salahov, “Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal və digər şəxslər iştirak edib.

Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatılacağı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 600-dən çox məktəbli bu seminarın iştirakçısı olub.