09/07/2021

KİV nümayəndələrinin nəzərinə!


“Sumqayıt” FK UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə üz-üzə gələcək. Qarşılaşma üçün akkreditasiya qeydiyyatından keçmək istəyən media nümayəndələrindən aşağıda qeyd olunanlar tələb olunur:

• Adı, soyadı
• Təmsil etdiyi KİV-in adı
• Vəzifəsi
• Şəkil
• 2020/2021 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası
• Hər KİV-dən maksimum 1 nəfərə PRESS, 1 nəfərə FOTO akkreditasiyası veriləcək.
• Hər TV-dən maksimum 1 müxbir və 1 operatora akkreditasiya veriləcək.
• Məlumatlar iyulun 24-ü saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir.
• Mətbuat konfransında iştirak etmək istəyən media nümayəndələri bu istəyini göndərəcəyi e-maildə qeyd etməlidir.
QEYD: Akkreditasiyalar 28.07.2020-ci il saat 12:00-dan 19:00-dək veriləcək.
QEYD: Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.
Nəzərinizə çatdıraq ki, hazırda davam edən COVİD-19 pandemiyasına və UEFA-nın yeni oyun əsasnaməsinə görə mətbuat konfransına məhdud sayda jurnalist buraxılacaq. Bu addımı atmaq məcburiyyətində qaldığımızı nəzərə alıb, bizi anlayışla qarşılamağınıza ümid edirik.