10/07/2021

“Sumqayıt” – “Çukariçki” matçına 50% azarkeş buraxılacaq


Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb. Beləliklə, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Sumqayıt” – “Çukariçki” qarşılaşmasına stadionun 50% tutumu qədər azarkeş buraxılacaq. Oyun üçün biletlərin satışı ilə bağlı məlumat yaxın günlərdə klubumuzun rəsmi media hesablarında yerləşdiriləcək.