20/10/2021

"Sumqayıt" FK ilk dövrədə / STATİSTİKA


Azərbaycan Premyer Liqasında 7 turluq 1-ci dövrə artıq geridə qalıb. “Sumqayıt” FK ilk dövrənin oyunlarını 2 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə yekunlaşdırıb. 7 oyuna 5 qol vurub, öz qapısında isə eyni sayda top görən komandamız 8 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Baş məşqçimiz Ayxan Abbasov geridə qalan 7 tur ərzində ümumilikdə 19 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan 9-u - Vüqar Mustafayev, Aydın Bayramov, Murad Xaçayev, Rəhim Sadıxov, Tellur Mütəllimov, Səbuhi Abdullazadə, Cəmaləddin Xocaniyazov, Höccət Haqverdi və Dmitri Nağıyev ilk dövrənin bütün qarşılaşmalarında iştirak edib. Onu da qeyd edək ki, Höccət Haqverdi, Cəmaləddin Xocaniyazov və Vüqar Mustafayev dövrə ərzində əvəzlənməyən futbolçularımız olub.

Komandamız ilk dövrədə 5 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 2 qolumuzu Rəhim Sadıxov (7 oyun, 616 dəqiqə) rəqib qapısından keçirib. Digər qollarımızı isə Əli Qurbani, Tellur Mütəllimov və Murad Xaçayev tora ünvanlayıb.

Vüqar Mustafayev – 7 (630)
Höccət Haqverdi – 7 (630)
Cəmaləddin Xocaniyazov – 7 (630)
Rəhim Sadıxov – 7 (616)
Tellur Mütəllimov – 7 (607)
Aydın Bayramov – 7 (545)
Səbuhi Abdullazadə - 7 (497)
Murad Xaçayev – 7 (495)
Dmitri Nağıyev – 7 (339)
Rüfət Abdullazadə - 6 (189)
Əli Qurbani – 5 (438)
Eltun Turabov – 5 (343)
Elvin Bədəlov – 4 (290)
Səid Rza – 4 (203)
Yusif Nəbiyev – 3 (254)
Elvin Məmmədov – 3 (67)
Xəzər Mahmudov – 3 (28)
Tərlan Əhmədli – 1 (85)
Süleyman Əhmədov – 1 (44)

Qollar: Rəhim Sadıxov (2), Əli Qurbani, Tellur Mütəllimov, Murad Xaçayev.