28/10/2021

Hakan Sünal təcrübə məqsədi ilə "Hoffenhaym"ın akademiyasına yollanıb


"Sumqayıt" Futbol Akademiyasının direktoru Hakan Sünal təcrübə məqsədi ilə Almaniya Bundesliqa təmsilçisi "Hoffenhaym"ın düşərgəsinə yollanıb. Almaniya təmsilçisinin akademiyasının direktoru Yens Rasieyevski ilə görüşən türkiyəli mütəxəssis "Hoffenhaym" akademiyasının iş prinsipi ilə tanış olub. Rasiyevski ilə qarşılıqlı fikir mübadiləsi aparan Hakan Sünal düşərgədə olduğu müddətdə mütəmadi olaraq Almaniya təmsilçisinin məşqlərini izləyəcək.