13/11/2021

"Sumqayıt" FK "Səbail"lə yoxlama oyunu keçirib


Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK yoxlama oyunu keçirib. Komandamız "Səbail"lə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Yoxlama oyunu
"Sumqayıt" - "Səbail" 3:3
Qollar:
Rəhim Sadıxov, 20; Yusif Nəbiyev, 36; 55 - Cavid Tağıyev, 36; Rauf Əliyev, 59 (p.); Vidadi Cəfərov, 87.