11/01/2022

“Sumqayıt-2” ikinci dövrənin hazırlıqlarına start verib


“Sumqayıt” FK-nın əvəzedici komandası bu gündən etibarən I Divizionun ikinci dövrəsi üçün hazırlıqlara start verib. Komandamız “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqlərə başlayıb. Hazırlıq proqramına əsasən, komandamız 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Belə ki, yanvarın 21-də “Səbail-2”, 26-da “Keşlə-2”, fevralın 2-də “Qarabağ-2”, 8-də isə “Sabah-2” ilə oyunda qüvvəsini sınayacaq.