21/07/2022

Vüqar Quliyev əvəzedici komandanın baş məşqçisi təyin olunub


2022/23 mövsümündə I Divizionda çıxış edəcək “Sumqayıt-2”-nin baş məşqçisi postuna təyinat gerçəkləşib. Belə ki, qarşıdakı mövsümdə həmin vəzifəni Vüqar Quliyev icra edəcək. 2014-cü ildən akademiyamızda müxtəlif yaş qruplarında fəaliyyət göstərmiş mütəxəssis ötən mövsüm U-17 komandamızı çalışdırıb.