21/07/2022

Fiziki hazırlıq üzrə məşqçimiz Qoran Başiç olacaq


"Sumqayıt” FK-nın məşqçilər korpusunda yeni təyinat baş tutub. Belə ki, serbiyalı fiziki hazırlıq üzrə mütəxəssis Qoran Başiçlə 1 illik anlaşma imzalanıb.

Qeyd edək ki, 38 yaşlı məşqçi karyerası ərzində Serbiyanın “Voyvodina”, Taylandın “Buriram Yunayted” və Serbiyanın U-18 millisində çalışıb.