04/08/2022

“Sumqayıt” FK Ouro-Nil Tureni heyətinə qatıb


2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız Braziliyanın aşağı liqa təmsilçiləri - “Rolandia”, “Atletiko Asisense” və “PSTC” klublarında çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb. 23 yaşlı toqolu futbolçu komandamızda “70” nömrəli formada çıxış edəcək.