21/08/2022

"Sumqayıt" FK səfərdə "Zirə" ilə heç-heçə edib


Misli Premyer Liqası, 3-cü tur
"Zirə" - "Sumqayıt" 0:0
21 avqust 2022. Saat 20:30. “Dalğa Arena”, 600 tamaşaçı
Baş hakim:
Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rahil Ramazanov
Dördüncü hakim: Cavid Cəlilov
VAR hakimi: Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Rüstəm Əhmədzadə, 75 (qeyri-idman hərəkəti) // Vüqar Mustafayev, 75 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 9 dəq.

“Zirə”
1. Mehdi Cənnətov
18. Slavik Alxasov
91. Coşqun Diniyev
(23. Andriya Lukoviç, 71)
10. Rəhim Sadıxov
32. Qismət Alıyev (k)
(2. Sertan Taşkın, 74)
11. Rüstəm Əhmədzadə
(7. Filipe Paxtman, 90)
9. Loris Broqno
(17. Toni Qomes, 71)
47. Mohamed Hamdaui
14. Hamidu Keyta
44. Dmitrios Çantakias
26. Nemanya Andelkoviç

Ehtiyat oyunçular:
41. Anar Nəzirov
22. Nail Alışov
77. Mirsayib Abbasov
21. Hacıağa Hacılı
13. Ramin Əhmədov
56. Samir Ağayev
38. Ramiz Muradov
5. Moiz Adileu

Baş məşqçi: Rəşad Sadıqov

“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
7. Araz Abdullayev
(11. Rüfət Abdullazadə, 90)
6. Vüqar Mustafayev
(30. Filipe Çabi, 77)
10. Vüsal İsgəndərli
8. Səbuhi Abdullazadə
5. Stiven Pereyra
23. Rifat Nurmuqamet
(17. Murad Xaçayev, 68)
9. Almir Aqanspahiç
12. Todor Todoroski
22. Damian Daniçiç

Ehtiyat oyunçular:
25. İlnur Valiev
36. Xəyal Fərzullayev
15. Vüqar Bəybalayev
24. Elşən Abdullayev
55. İbrahim Əliyev
18. Süleyman Əhmədov
21. Nihad Əhmədzadə
70. Ouro-Nil Ture
37. Alya Ture

Baş məşqçi: Aleksey Baqa

Misli Premyer Liqasında 3-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Zirə" ilə qarşılaşıb. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0).

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"u qəbul edəcək. Avqustun 26-da "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

Aleksey Baqa ("Sumqayıt" FK-nın baş məşqçisi): "Kifayət qədər maraqlı oyun oldu. Hər iki komandanın qapısı qarşısında hərarət var idi. Bizim üçün oyunu yaxşı adlandırmaq mümkündü. Ən azından iki məğlubiyyətin ardından aktivimizə xal yazdırmağı bacardıq. Bugünkü qarşılaşma emosiyalarla dolu idi. Mübahisəli penalti epizodu zamanı hakimin nə düşündüyünü deyə bilmərəm. Hakim nə qərar veribsə, hörmət etmək lazımdır".