23/09/2022

Peşəkar Futbol Liqasının rəhbərliyi ilə görüş keçirilib


“Sumqayıt” Futbol Klubu və Peşəkar Futbol Liqasının rəhbər heyəti arasında görüş keçirilib. “Kapital Bank Arena”nın konfrans zalında baş tutan görüşdə klubumuzun prezidenti Riad Rəfiyev PFL prezidenti Elxan Səmədova təbriklərini çatdırdıqdan sonra idman direktoru Faiq Hacı-Məhərrəmov, eləcə də media və marketinq departamentinin rəhbəri Rəşad Məmmədovun da iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib. Ardından qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər. PFL prezidentini görüş zamanı vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev müşayiət edib.