22/11/2022

Ağacəkmə aksiyası keçirilib


Bu gün Sumqayıt Olimpiya İdman Kompleksinin ərazisində ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Sumqayıt Olimpiya İdman Kompleksinin rəhbəri Zeynəb Məmmədyarova, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov, və şəhərin idman ictimaiyyəti iştirak edib. Qeyd edək ki, kompleks ərazisində 100-dən çox ağac tingi əkilib.