×

Vəfadar Quliyev

Vəzifə Köməkçi məşqçi
Doğum tarixi 1979-05-30

“Sumqayıt” Futbol Klubunun köməkçi məşqçisi Vəfadar Quliyev 30 may 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 44 yaşlı mütəxəssis futbolçu karyerası ərzində Sumqayıtın “Kimyaçı”, “Şahdağ”, “Şəfa”, U-17 və U-19 milli komandalarımızın şərəfini qoruyub.

 

Məşqçilik karyerasına “Sumqayıt” FK-nın akademiyasında başlayan Quliyev “Sumqayıt”, “Zirə” və “Neftçi” klublarında köməkçi məşqçi kimi çalışıb.