×

SOCAR Polymer Arena

2011/2012 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” Futbol Klubunun əsas komandası məşqlərini və bəzi hazırlıq oyunlarını, əvəzedicilər və akademiyanın müxtəlif yaş qruplarından ibarət komandaları isə hazırda ev oyunlarını “SOCAR Polymer Arena”da keçirir. 


Kompleksin inşasına 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən başlanılıb. 27 avqust 2014-cü il tarixində “Kapital Bank” ASC ilə “Sumqayıt” Futbol Klubu arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, Sumqayıt şəhərində yeni inşa edilmiş stadion ölkə Premyer Liqasının 2014/2015 mövsümündən “Kapital Bank Arena” adlandırılmağa başlanıb. 
 

14 fevral 2025-ci ildə “SOCAR Polymer” MMC ilə “Sumqayıt” FK arasında imzalanmış sponsorluq müqaviləsinə əsasən isə idman qurğusu bu tarixdən etibarən “SOCAR Polymer Arena” adlandırılıb. 
 

İdman qurğusunun daxilində “Sumqayıt” Futbol Klubunun inzibati ofisi ilə yanaşı, 4 paltardəyişmə otağı, A komanda / Baş məşqçinin otağı, B komanda / Baş məşqçinin otağı, akademiya üçün məşqçilər otağı, tibb və dopinq otağı, konfrans zalı, fitness zalı, geyim və avadanlıq anBarı, texniki anbar, yeməkxana, sauna, inzibati heyət üçün otaq, hakimlər otağı və camaşırxana mövcuddur. 
 

İnfrastruktur baxımından isə “SOCAR Polymer Arena”nın əsas meydançası təbii örtüklüdür. Bundan başqa, təlim-məşq bazasının daxilində 2 standart (1 təbii və 1 süni) meydança və 2 mini meydança mövcuddur.
 

Kompleksin açılış mərasimində Mişel Platini İştirak edib
 

Müasir qurğu və avadanlıqlarla təchiz edilmiş “SOCAR Polymer Arena”nın açılış mərasimi 2013-cü il sentyabrın 21-də keçirilib. Tədbirdə Azərbaycanda səfərdə olan UEFA-nın sabiq prezidenti Mişel Platini, AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev A milli komandanın sabiq baş məşqçisi Berti Foqts iştirak edib. 
 

Qeyd edəki, arenamızda ilk məşq 16.05.2013-cü ildə baş tutub, ilk rəsmi oyun isə 20.10.2013-cü ildə Premyer Liqanın 10-cu turunda “Sumqayıt” – “Qarabağ” oyunu olub.


SOCAR POLYMER ARENA

Ünvanı: AZ 5000. Sumqayıt, S. Vurğun küçəsi, 25.
Tel/ Fax: (+994 12) 409 14 50